Rakkanın alınması nəyi dəyişdi və NƏLƏR OLACAQ - TƏHLİL

Rakkanın İŞİD-dən təmizlənməsi Türkiyə mediasında daha çox PKK-nın şəhər meydanına asdığı Öcalan plakatı çərçivəsində müzakirə edilib.
 
Halbuki Rakkanın xaraba vəziyyətindəki vəziyyəti bundan sonra yalnız Türkiyə-ABŞ əlaqələrində deyil, Suriyanın gələcəyindən dolayı ABŞ-Rusiya əlaqəsinə, İŞİD-in gələcəyindən Kürdlər arası münasibətlərə qədər geniş səpkidə təsirli olacaq və yeni mübahisələr başlayacaq.
Rakkada paytaxtını itirməklə ideoloji və simvolik bir zərbə alan İŞİD bundan sonra artıq torpağa, hansısa bir məkana bağlı olmayan yeni mübarizə strategiyası seçməklə, özünü var etməyə çalışacaq. Bu, eyni zamanda İŞİD-in təzahür etdiyi yerli problemlərin, münaqişələrin, dəstək verən güclərin yeni siyasi çıxış yolları və ittifaq axtarışları anlamına gələcəkdir. İŞİD fiziki olaraq xəritələrdə yer almasa da, onun terrorçu ruhu müxtəlif yerlərdə yaşamağa, özünü zorakılıq və vəhşiliklərlə göstərməyə davam edəcəkdir.
 
ANLAŞMA, YOXSA QARŞIDURMA OLACAQ
 
İkinci olaraq, Rakka Suriyanın gələcəyinin müəyyən olunmasından əvvəlki mərhələdə, ABŞ və Rusiya üçün son hərbi hədəfdir. PKK/PYD masaya oturmadan öncə, arxasına yalnız ABŞ-ı almaqla qalmadı, bazarlıq üçün əhəmiyyətli üstünlüklər də əldə edib. PKK/PYD bu günlərdə Suriyanın əməlli-başlı torpaqlarını, içməli suyunu, kənd təsərrüfatı sahələrini, elektrik enerjisini, neft və qaz sahələrinə nəzarət edir. Bütün bunların güzəşt, yoxsa yeni bir qarşıdurma səbəbi olacağı bir müddət sonra müəyyənləşəcək.
 
TÜRKİYƏ-ABŞ ARASINDAKI BÖHRANI DƏRİNLƏŞDİRƏ BİLƏR
 
Üçüncü olaraq, Rakkanın təslim alınması Türkiyə-ABŞ münasibətlərində davam edən böhranı yeni bir mərhələyə daşıma potensialının mövcudluğunu aşkara çıxarmış oldu. ABŞ-ın PKK/PYD-yə verdiyi silahlar NATO üzvü olan Türkiyəni qıcıqlandirirkən, ABŞ prezidenti Trampın Rakkanın alınmasından sonra verdiyi bəyanatlar PKK ilə münasibətlərin daha uzun müddət davam edəcəyini göstərir. Bu vəziyyət Türkiyə-ABŞ əlaqələrində ortaya çıxan böhranın daimi xarakter alacağına işarə edir.
 
HƏR ŞEY YENİDƏN MÜZAKİRƏ OLUNACAQ
 
Dördüncü olaraq, Rakkanın alınması ilə PKK "qarnizon dövlətini" mülkiləşdirməyə başladı. "Torpağa bağlı PKK", Türkiyə üçün yeni mübarizə strategiyası, risk və bir sıra fürsət anlamına gələcəkdir. Bu isə sərhəd təhlükəsizliyindən sərhədyanı çoğrafiyanın yenidən müəyyənləşdirilməsinə, hərbi güc tətbiqindən diplomatiyaya qədər, hər şeyin yenidən müzakirə olunması mənasına gəlir.
Beşinci olaraq, Rakkanın təslim alınması Kürdlər arası münasibətlərdə dərinləşən rəqabətdə PKK –nın lehinə strateji bir nailiyyət əldə edildiyi mənasına gəlir. Rakkanı əldə edənlərin psixoloji üstünlüyü, Kərkükü itirənlərin "utancı" qarşısında bir müddət sonra siyasi rəqabət meydanında təbii ki, PKK-nın qazanc xanəsinə yazılacaq. Bu isə PKK üçün yeni coğrafi ölçü, mənbə, döyüşçü, daha çox dəstək və şiddət ehtiva edən üsul deməkdir.
Son olaraq, Rakkanın alınması, Kürd-Ərəb əlaqələrinin gələcəyinin inşasında mühüm rol oynayacaqdır. Yeni rejimin modelinin ilk nüvələri də bu sahədə test ediləcəkdir.
Eyni anda baş verən Kərkük məğlubiyyəti və Rakka uğuru hadisələrin, hədəflərin, metodların, vasitələrin və münasibətlərin dəyişməsi anının gəldiyinə işarə edir.

Müxalifət.az