Fətullah Gülən Türkiyəyə TƏHVİL VERİLMƏLİDİR – ABŞ mətbuatı

 “Vaşinqton Times” qəzeti baş verən son “viza” böhranının və FETÖ-nun Türkiyə ilə ABŞ əlaqələrinə verdiyi zərərdən yazıb.
 
Müxalifət.az-ın xəbərinə görə, qəzet iddia edir ki, Gülənin gerçək qeydiyyatı ən yüksək səviyyədə araşdırmağı haqq edir və diplomatik intriqaların kölgəsində qalmamalıdır.
Abraham R. Vaqner yazdığı məqalədə FETÖ dəstəbaşı Fetullah Güləni radikal və korrupsiyaya bulaşmış bir ad kimi səciyyələndirilir. “Vaşinqton Times” qəzeti iki ölkə arasındakı münasibətlərin gərginləşməsində ən əsas səbəbin də FETÖ məsələsi olduğunu bildirir. Vaqner, radikal bir şəxs kimi səciyyələndirdiyi FETÖ başçısı üçün yazır ki, "Gülənin gerçək qeydiyyatı ən yüksək səviyyədə araşdırmağı haqq edir və diplomatik intriqaların kölgəsində qalmamalıdır."
 
 Mülayim mesajların arxasında gizlənən bir radikal
 
 FETÖ-ya yaxın saytların Güləni "dindar bir müsəlman və sülhsevər bir şəxs kimi təqdim etdiyini, ancaq Wikileaks tərəfindən ortaya çıxarılan ABŞ Xarici İşlər Nazirliyinin qeydlərində radikal kimi dəyərləndirdiyini qeyd edən Vaqner, FETÖ başçısıını  2003-dən bu yana yaxından təqib edən adamlardan biri olan Foggy Bottomun Gülən üçün dedikləri qeyd edir: “Mülayim mesajlarının arxasında radikal bir gündəmi saxlayan biridir".
 
 15 İyul çevrilişinin arxasında Gülən var, ekstradisiya edilməlidir
 
 15 İyul dövlət çevrilişi cəhdinin ardından ortaya çıxan dəlillərə görə, dövlət çevrilişi cəhdinin arxasında FETÖ başçısı Gülənin olduğunun sübut edildiyini deyən Vaqner, "Gülən bunu rədd etsə də. ancaq sübutlar dövlət çevrilişi cəhdinin arxasında onun olduğunu təsdiqləyir və Gülənin Türkiyədə mühakimə olunması üçün ekstradisiya edilməsi lazımdır" deyə, fikrini tamamlayıb.