Mosulda qanlı döyüş: Haşdi-Şabi komandiri öldürüldü

Mosul su anbarının peşmərgədən azad edilməsi uğrunda gedən döyüşlər zamanı Haşdi-Şabi qüvvələrinin kəşfiyyat komandirlərindən Əbu Yasir həlak olub. 
Bu barədə Kürd Muxtar Vilayətinə yaxın olan media orqanları məlumat yayıb. Haşdi-Şabinin sözçüsü Əhməd Əsədinin məlumatı təsdiq etdiyi bildirilib. 
Qeyd edək ki, Mosul su anbarına nəzarəti təhvil vermək istəməyən peşmərgə ilə Haşdi-Şabi qüvvələri arasında şiddətli atışma baş verib. Atışma nəticəsində 8 Haşdi-Şabi üzvü, 1 peşmərgə həyatını itirib, daha 11 nəfər isə ağır yaralanıb.