ABŞ-Koreya qarşıdurması pik nöqtəyə yaxınlaşır - Rusiya
17-10-2017 20:53

Nüvə müharibəsinin istənilən an başlayacağı ilə bağlı Pxenyanın bəyanatı onun köhnə ritorikasının davamıdır.
Muxalifet.az xəbər verir ki, bunu “Regnum” agentliyinə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə Komitəsinin sədr müavini Frans Klintseviç söyləyib. Onun sözlərinə görə, Pxenyan hələlik özünün nüvə arsenalından imtina etmək niyyətində deyil:
“Şimali Koreya və ABŞ arasında qarşıdurmanın pik nöqtəsinə az qalıb. Belə bir görüntü yaradılır ki, guya bəzi amerikalı siyasətçilər Donald Trampı Pxenyanla bağlı qəfil addım atmamağa inandıra biliblər. Məsələ Trampın sülhsevərliyində deyil. Görünür, ABŞ-da Şimali Koreyanın asan ov olmadığını anlayıblar”.