Paytaxtda 6 otaqlı EV YANDI

Bakının Xəzər rayonunda sahəsi 120 kv.m olan birmərtəbəli 6 otaqlı evdə yanğın olub. 

Muxalifet.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın sön
dürülüb.