Narkotik istehsal edən laboratoriya aşkarlandı - ERMƏNİSTANDA
8-10-2017 09:44

Ermənistan polisi sentyabrın 25-də narkotik istifadəçisi olan 25 yaşlı İrəvan sakinində xeyli miqdarda narkotik maddələr aşkarlayıb.
Erməni KİV-lərin verdiyi xəbərə görə, polisin son günlər ərzində apardığı istintaq-əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin mənbəyi müəyyən edilib. İstintaq narkotik vasitələrin istehsalı, emalı və satışı şəbəkəsini ifşa edib. Armavir şəhər sakininin evinə baxış zamanı narkotik istehsalı laboratoriyası aşkarlanıb. İstintaq tədbirləri davam etdirilir./apa