“Daxili İşlər Nazirinin təyinatı qərarı 2 dəfə geri oxunub” - Arif Hacılı

93- cü ildə Heydər Əliyev Naxçıvana DİN naziri təyin edilməsini dövlət çevrilişi (?!) kimi qiymətləndirib nazirin fəaliyyətinə imkan vermədi.
Müsavat başqanı Arif Hacılı Naxçıvan Muxtar Respublikasına Daxili İşlər Naziri təyinatı və fərmanın dərhal geri oxunması ilə bağlı hakimiyyətə yaxın olan mətbuat orqanlarının yaydığı xəbərə münasibət bildirib. Arif Hacılı bu barədə öz “Facebook” səhifəsində yazıb.
“Daxili İşlər Nazirinin təyinatı qərarı 2 dəfə geri oxunub.
92 ci ildə Yaqub Məmmədov nazir təyin etməsi barədə fərmanını bir-neçə saatdan sonra ləğv etdi.
93- cü ildə Heydər Əliyev Naxçıvana DİN naziri təyin edilməsini dövlət çevrilişi (?!) kimi qiymətləndirib nazirin fəaliyyətinə imkan vermədi.
Hər iki halda bu hadisələrdən sonra ali hakimiyyət dərin böhrana girdi.”
Bastainfo.com