ABŞ-ın müdafiə naziri Türkiyəyə gəlir
19-08-2017 11:17

ABŞ-ın müdafiə naziri Ceyms Mattis Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata əsasən, C.Mettisin səfəri avqustun 23-də baş tutacaq.
Səfər çərçivəsində Pentaqon rəhbəri Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli ilə görüşəcək. Görüşdə Suriya münaqişəsinin nizamlanması, eləcə də PKK-ya qarşı mübarizə məsələləri müzakirə olunacaq.