Xocalı sakinini elektrik cərəyanı vuraraq öldürüb
18-08-2017 18:28

Xocalı rayon sakinini elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə Goranboy rayonunda baş verib.
Belə ki, rayon ərzasində məskunlaşan, Xocalı rayonundan olan məcburi köçkünü ehtiyyatsızlıqdan elektrik cərəyanı vurub. Xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Bu Xocalı rayonundan olan və Goranboy rayonu ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Həmidov Eldəniz Yusif oğludur. Xocalı sakini göldə balıq tutarkən ehtiyatsızlıqdan cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.