56 yaşlı kişi özünü asdı - NEFTÇALADA
18-08-2017 09:50

Neftaçala rayonunda 56 yaşlı kişi intihar edib.
Muxalifet.az xəbər verir ki, hadisə rayonun Kürkənd kəndində baş verib.
Belə ki, həmin kəndin sakini, 1961-ci il təvəllüdlü, Mütəllim Əhmədağa oğlu Cahangirov yaşadığı evdə özünü asaraq intihar edib.
Faktla bağlı Neftçala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.