İran ABŞ-a qarşılıq raket proqramını genişləndirir
13-08-2017 13:48
İran parlamenti ABŞ-ın sanksiyalarına cavab olaraq öz raket proqramının genişləndirilməsinə səs verib.
Xəbərə əsasən 247 deputatdan 240-ı qanun layihəsinə səs verib.
İran parlamentinin sədri Abbas Akaçi də parlamentin iclasına qatılıb. Qanun ölkənin müdafiəsini artırmaq üçün raket proqramının genişləndirilməsini nəzərədə tutur.