İsrail Mahmud Abbası girov saxlayır - Şok iddia
7-08-2017 16:07
Fələstin Prezidenti Mahmud Abbas İsrail tərəfindən Ramallah şəhərində saxlanılır.
Bu iddia ilə “Yerusəlim post” qəzeti çıxış edib.
Sözügedən xəbərdə İsrailin Hərəmi-Şərifdə gərginliyi azaltmadığı üçün Mahmud Abbasın şəhərdən çıxışına icazə vermədiyi bildirilib.
İsrail hökuməti isə məsələ ilə bağlı verdiyi açıqlamada bütün ittihamları təkzib edib.