33 yaşlı Bakı sakini BIÇAQLANDI
7-08-2017 09:02

Bakı sakini dava zamanı bıçaqlanıb
Bakı sakini dava zamanı bıçaqlanıb.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Bünyadzadə küçəsi dalan 1 ev 50 ünvanında 1984-cü il təvəllüdlü Əliyev Arif Akif oğlu tanıdığı şəxslə dava edib. Dava zamanı o, bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.