Şirvanda avtomobil 38 yaşlı qadını vurub
5-08-2017 21:40

Şirvanda avtomobil yolu keçən qadını vurub.
Şirvan şəhəri Rəsulzadə küçəsində “KİA” markalı avtomobil yolu keçən 1979-cu il təvəllüdlü Əhmədova Qızxanım Rəncbər qızını vurub. Qadın sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Şirvan RPŞ-də araşdırma aparılır.