FTX erməni avtoriteti yaxaladı

Rusiyanın Armavir bölgəsində erməni əsilli 44 yaşlı kriminal avtoritet Ara Muradyan yaxalanıb.
 
O, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı hansı ittihamların irəli sürüldüyü açıqlanmayıb.
Qeyd edək ki, Muradyan 2012-ci ilin dekabrında qanuni oğru Ded Xasan tərəfindən taclandırılıb.