Qadın sürücü avtomobili aşırıb, anası ölüb - SİYƏZƏNDƏ
31-07-2017 14:13

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakıdan Nabrana istirahətə gedərkən baş verib.
Belə ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Rübabə Xeyrulla qızı Əliyeva idarə etdiyi "KİA" markalı avtomobildə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin, sürcünün anası 1962-ci il təvəllüdlü Sənəm Musa qızı Əliyeva hadisə yerində ölüb. Sürücü R.Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırmalara başlanılıb.