ABŞ səfirliyi qarşısında “Allahu Əkbər” deyə qışqıran şəxs saxlanılıb - BAKIDA

ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında insident baş verib.
 
Naməlum şəxs səfirliyin qarşısında “Allahu Əkbər” deyə qışqırıb. Həmin şəxs dərhal saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə aparılıb.
 Nəsimi rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, araşdırma zamanı bu şəxsin Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Əli Səməd oğlu Quliyev olduğu müəyyən edilib. Ə. Quliyevin izahatı alınaraq sərbəst buraxılıb./apa