Rusiya müdafiə nazirinin müavinini ABŞ-a səfir göndərir
28-07-2017 08:44

Rusiya XİN rəhbərinin müavini Anatoli Antonov ABŞ hakimiyyəti tərəfindən aqreman alıb.
Bu barədə “İzvestiya”ya XİN-nin mərkəzi aparatındakı mənbə bildirib.
Məlumata görə, razılıq bir həftə əvvəl verilib. Hazırda A.Antonova ABŞ diplomatik vizasının verilməsi məsələsi həll edilməkdədir.
Anatoli Antonov XİN-dəki təyinatından əvvəl müdafiə nazirinin müavini vəzifəsində çalışıb./apa