Abşeron İcra Hakimiyyətinin işçiləri gülləbaran edildi

Abşeron rayonunda silahlı insident baş verib.
Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri Xırdalan şəhərində qanunsuz görülən inşaat işlərinin qarşısını almaq istəyən zaman ev sahibi onlara odlu silahdan bir neçə dəfə atəş açıb.
Abşeron Rayon Prokorurluğundan verilən məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.
Keçirilən əməliyyat zamanı ev sahibi, 75 yaşlı Namazov Eldar saxlanılıb. Ondan “Makarov” markalı tapança aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Müxalifət.az olaraq ümid edirik ki, Abşeron prokurorluğu bu məsələni hərtərəfli araşdıracaq və vətəndaşın icra hakimiyyəti işçilərinə nədən atəş açma səbəblərini ortaya çıxaracaq. Çünki Abşeron icra hakimiyyətinin əməkdaşları haqda qanunsuz tikililərin dayandırması yöndə vətəndaşlardan qanunsuz tələblər etdikləri haqda çoxsaylı informasiyalar mövcuddur. Bu baxımdan prokurorluq bu qanunsuz “tələbləri” də gözardı etməməlidir ki, istintaq birtərəfli olmasın.
Müxalifet.az