Bıçaqla üç nəfərə hücum etdi: bir ölü, bir yaralı - YENİLƏNİB

Yaralının vəziyyəti orta-ağırdır
 
Xaçmaz rayonunda baş vermiş qətlin təfərrüatı məlum olub.
Rayon prokurorluğundan bildirilib ki, hadisə bu gün saat 10.30 radələrində baş verib.
Belə ki, 38 yaşlı kənd sakini Bəxtiyar Umarov həmkəndlilərinə hücum edib. O həmkəndlisi, 39 yaşlı Məhərrəm Hacıyevi və 38 yaşlı Məzahir Mustafayevi bıçaqlayıb, digər Məhərrəm adlı şəxsi bıçaqlamaq istəyib, lakin mümkün olmayıb.
Məhərrəm Hacıyev aldığı xəsarətlərdən ölüb, Məzahir Mustafayev isə rayon mərkəzi xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb.
Məhərrəm Hacıyevin meyiti Məhkəmə Ekspertiza və Pataloji-Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Xaçmaz rayon şöbəsində tibbi ekspertiza olunub.
Hadisəni törədən Bəxtiyar Umarovun ruhi xəstə olduğu deyilir.
Xaçmaz Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsininin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
*** saat 11:19
Xaçmazda qətl hadisəsi baş verib.
Hadisə rayonun Qusarçay kəndində qeydə alınıb.
Belə ki, kənddə iki nəfər bıçaqlanıb. Hadisə nəticəsində Qusarçay kənd sakini, 1978-ci il təvəlüdü Hacıyev Məhərrəm Pirəmməd oğlu ölüb, 1976-cı il təvəllüdlü həmkəndlisi Mustafayev Məzahir Şabəddin oğlu isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. O xəstəxanaya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub.
Xəstəxanadan  verilən məlumata görə, hazırda yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır./report