"II Dünya savaşının günahkarı SSRİ-dir" - KEÇMİŞ XİN RƏHBƏRİ

İkinci Dünya Müharibəsinin başladılmasının əsas günahkarlarından biri də SSRİ-dir.
Muxalifet.az xəbər verir ki, bunu “Peterburq dialoqu” forumu çərçivəsində çıxışı zamanı Almaniya Demokratik Respublikasının (ADR 1990-cı ildə Almaniya Federativ Respublikası ilə birləşib – red.) keçmiş xarici işlər naziri Markus Mekkel söyləyib.
“Diktator rejimlərin mövcud olduğu iki dövlət Almaniya və SSRİ 1939-cu ildə eyni fəaliyyətlər həyata keçirdilər. Hitler-Stalin paktı ilə onlar dünyanı öz aralarında böldülər. Bu o deməkdir ki, 1939-cu ildə SSRİ də İkinci Dünya müharibəsini başladanlardan biri oldu. Müharibə zamanı Finlandiya, Baltikyanı ölkələrdə Qırmızı ordu dəhşətli cinayətlər törətdi. Biz etiraf etməliyik ki, Almaniya və Rusiya İkinci Dünya müharibəsinin qurbanları qarşısında birgə məsuliyyət daşıyırlar”, – deyə o bildirib.