ABŞ-dan Kiprlə bağlı təşəbbüs - "FEDERASİYA YARADILSIN..."
22-06-2017 03:43

ABŞ vitse-prezidenti Maykl Penslə Şimali Kipr Türk Cümhuriyyətinin lideri Mustafa Akıncı arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Vitse-prezident BMT-nin nəzarəti ilə İsveçrədə başlayacaq görüşlərə ABŞ-ın dəstək verdiyini ifadə edib. Pens bütün Kipr xalqının xeyrinə olacaq bu müzakirələrdə iki toplumlu və iki bölgəli bir federasiya yaradılacağına ümid etdiyini söyləyib”, - bəyanatda bildirilib.
Qeyd edək ki, BMT-nin himayəsi ilə keçiriləcək görüşdə Kiprin yunan və türk tərəfi ilə yanaşı, Türkiyə, Yunanıstan və İngiltərə nümayəndələri də iştirak edəcək.