ABŞ: Şimali Koreya ən böyük təhlükədir
13-06-2017 08:29
Bunu Pentaqon rəhbəri Konqresdə çıxışı zamanı deyib
Pentaqon hesab edir ki, Koreya Xalq Demokratik Respublikası dünyada təhlükəsizlik üçün ən böyük təhlükədir.
TASS xəbər verir ki, bunu Pentaqon rəhbəri Cim Mettis ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələrlə iş üzrə Komitəsinin dinləmələrində çıxışı zamanı deyib.
Mettisin sözlərinə görə, Şimali Koreyanın nüvə və raket proqramları beynəlxalq ictimaiyyət üçün təhlükə kəsb edir.