ABŞ Konqresi Rusiyanı cəzalandırmağa hazırlaşır
12-06-2017 11:34

ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üzrə növbəti qanun layihəsini qəbul etməyə hazırlaşır.
“Röyters” agentliyi xəbər verir ki, bu haqda “CBS News” telekanalında ABŞ-ın respublikaçı senatoru Lindsi Qrem deyib.
Onun sözlərinə görə, sənədə artıq bu həftə Konqresdə baxacaqlar. Senator qeyd edib ki, sənəddə rusların həm ABŞ-da, həm də bütün dünyada siyasi proseslərə müdaxiləsinə görə cəzalandırılmasından danışılır.
“İnkaredilməz sübutlar var ki, Rusiya ABŞ və xaricdə demokratiyanı dağıtmağa çalışır”, - Qrem bildirib.
Senator əlavə edib ki, əgər prezident Tramp bu sənədi imzalamaqdan imtina edəcəksə, deməli o, “demokratiyanı satacaq”.