83 yaşlı kişini maşın vuraraq qaçıb - YASAMALDA
12-06-2017 07:56

Yaralının vəziyyəti ağırdır
Bakının Yasamal rayonunda piyadanı avtomobil vurub.
Hadisə Yeni Yasamal, Bünyadzadə küçəsində qeydə alınıb.
Həmin küçədə yolu keçmək istəyən 1934-cü il təvəllüdlü Bayramlı Cəlal Baba oğlunu avtomobil vuraraq qaçıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Xəstənin vəziyyəti ağırdır.
Hazırda sürücü Yasamal Rayon Polis İdarəsi əməkdaşları tərəfindən axtarılır.