Qətər nazirindən SENSASİYALI İDDİA
11-06-2017 17:17

Körfəz ölkələrindən sanksiyalarla üzləşən Qətər sensasion açıqlama ilə çıxış edib.
Türkiyədəki 15 iyul dövlət çevrilişi cəhdinə maliyyə və siyasi dəstək verdiyi bildirilən Birləşmiş Ərəb Əmirliklərinin terror təşkilatı PKK ilə də əlaqələri üzə çıxıb.
Qətər Müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyyeyi Qətərli jurnalist Qadir Qolkariana verdiyi açıqlamada,bu ilin may ayında terror təşkilatı PKK -nın liderlərinin BƏƏ rəhbərliyi ilə görüşdüyünü və kəşfiyyat məlumatları əsasında əldə etdikləri bilgiləri Türkiyəyə verdiklərini deyib.
Jurnalist Qadir Qolkarian bu haqda məlumatı sosial media hesabından yayıb.