Poroşenko: Rus imperiyasına əlvida...
11-06-2017 10:06

Ukrayna bundan sonra heç vaxt Sovet İttifaqına qayıtmayacaq.
Bunu jurnalistlərə açıqlamasında Ukrayna Prezidenti Pyotr Poroşenko söyləyib.
“Bu, Rusiya imperiyasına qəti şəkildə əlvida olacaq. “SSRİ-yə dönüş” (Back in the USSR) ifadəsini biz yalnız “Bitls”ın musiqilərində eşidəcəyik. Ukrayna bundan sonra heç vaxt Sovet İttifaqına qayıtmayacaq”, – deyə o bildirib.