​Jurnalist Sevinc Vaqifqızı saxlanıldı

Bu gün axşam saat 19:10 radələrində müxalifətçi jurnalist Sevinc Vaqifqızı Dövlət Sərhəd Xidmətinin qarşısında saxlanılıb və Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə aparılıb.
Muxalifet.az bildirir ki, xəbəri Turan yayıb.
Polis bölməsində agentliyə, şəxsiyyəti təsdiqləmək məqsədi ilə, saxlanma faktını təsdiqləyiblər.