Tramp Rusiya və Ukraynanı sülhə çağırdı
12-05-2017 09:15

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukraynanı sülhə çağırıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
“Dünən, bir gün ərzində, mənim Rusiya XİN rəhbəri Sergey Lavrov və Ukrayna XİN rəhbəri Pavel Klimkinlə görüşlərim olub”, - deyə Tramp “Tvitter” səhifəsində yazıb.
ABŞ prezidenti #LetsMakePeace ("Sülh içində yaşayaq") “haştaq”ı ilə hər iki görüşdən olan şəkillərin kollajını dərc edib.