“Quru Qoşunlarının hərbçi sürücüsü maşınımı əzib” - ŞİKAYƏT

Xaçmaz rayonu,Dadaş Bünyadzadə küçəsi ,ev 32 a sakini 2-ci qrup əlil, Şıxəli Xocabəyzidov Hurriyyet.org-a müraciət edib. Yazır ki, Azərbaycan Quru Qoşunlarının Qusar rayonunda yerləşən hərbi hissəsinin sürücüsü –müddətdən artıq xidmətdə olan çavuş Rasim Əliyev avqustun 23-də saat 10:00 radələrində idarə etdiyi ,hərbi hissəyə məxsus “K-923-QQ dövlət nömrə nişanlı MAZ" markalı yük maşını ilə ona məxsus olan "Mersedes-230" markalı, 27-BC-910 nömrəli avtomaşınını arxadan vurub: “Nəticədə maşının krılosu zədələndi və “stop”u qırıldl. Qəza baş verəndən sonra Rasim Əliyev maşından düşərək məndən dönə-dönə xahiş etdi ki, polisə xəbər verməyim, bəs o dəyən ziyanı görüşüb ödəyəcək və hətta bildirdi bəs”mən hərbçiyəm, kişi kimi söz verirəm . Mənim yalanla aram yoxdur, narahat olma . Yanındakı gizir də onun yerinə vəd etdi ki, verəcək, mən də onlara inandım”.
Şikayətçi yazır ki, avtomobilinə 100 manata qədər ziyan dəyib, amma sürücüsü ona dəyən zərəri ödəməkdən yayınır: “Dəyən ziyan çox olmasa da mənim üçün az məbləğ deyil. Üstəlik mənə təsir edən bu adamın günahkar ola-ola məni aldatması,telefon zənglərimə cavab verməməsi və məsələyə laqeyd olmasıdır. Bundan başqa hadisə nəticəsində mən psixoloji sarsıntı keçirmişəm. Hadisə zamanı mən onunla normal və mədəni surətdə danışmışmışam. Amma o,qəzada heç bir günahım olmadığı halda, komandirinə deyib ki, günahkar mənəm. Sonradan mənə məlum oldu ki,o məni aldadırmış. Mənə verdiyi möbil nömrəyə də (077-526-20-39) dəfələrlə zəng edəndə telefonu götürmədi.
Bəlkə çavuş Rasim Əliyev kimlərəsə arxayındır deyə belə haqsızlıq edir,ancaq mən qanunlarımıza və dövlətimizə arxalanıram. Hörmətli redaksiya xahiş edirəm mənim şikayətimi işıqlandırasınız və mənə ziyan vuran Rasim Əliyev haqda tədbir görülməsində mənə yardımçı olasınız”.
Hurriyyet.org məktubda göstərilən telefon nömrəsilə əlaqə saxlamaq istəyib, amma telefon söndürülüb. Hərbi hissə ilə əlaqə saxlayıb. Bildirlib ki, baş verən yol qəzası üzrə aidiyyəti üzrə komandirə məruzə edilib. Həmin komandir (Asif müəllim – soyadını müəyyənlədirə bilmədik), sürücünü dindirib. Sürücü bildirib ki, qəzanın baiskarı o olmayıb. Hərbi hissə komandiri işi ekspertizaya verib. Düzgün rəy verilməsi üçün araşdırma aparılır.