Naxçıvanda saxlanılan Ermənistan vətəndaşı ölkəsinə qaytarıldı
23-08-2016 20:38

Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı bu gün qarşı tərəfə qaytarılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası xəbər verir ki, avqustun 7-də Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç 23 avqust 2016-cı il tarixdə Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb.