Fətulla Gülənin qardaşı oğlu saxlanılıb
12-08-2016 12:15

FETÖ rəhbəri Fətullah Gülənin qardaşı oğlu və vəkili Kamal Gülən saxlanılıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, bir vaxtlar bağlanmış STV kanalında aparıcılıq edən Kamal Gülən Araç rayonunda yol nəzarəti zamanı bir avtomobildə saxlanılıb. Qayınatasının evinə getdiyini bildirən Gülən, Kastamonu Polis İdarəsinə aparılıb.