Tofiq Yaqublu Norveçin Azərbaycandakı səfiri ilə görüşüb
13-05-2016 17:08

Keçmiş siyasi məhbus, Müsavat başqanının müavini Tofiq Yaqublu bu gün Norveçin Azərbaycan və Gürcüstandakı səfiri Bord İvar Svendsen ilə görüşüb. Görüşdə Qarabağ məsələsi, ölkədəki ictimai- siyasi durum, demokratiya və insan haqları məsələləri müzakirə mövzusu olub. Eyni zamanda siyasi məhbuslarla, xüsusən də ən son həbs olunan NIDA-çı gənclərlə bağlı geniş fikir müzakirəsi aparılıb