KREML PUTİNİN BU VİDEOSUNU SİLMƏLİ OLDU – VİDEO

Baxış sayı:
61

Vladimir Putinin rusiyalı hərbçilərlə son görüşünə dair video sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub. 

Muxalifet.az azpolitika-ya istinadən xəbər verir ki, həmin video əvvəlcə Rusiyanın TASS rəsmi agentliyi tərəfindən dərc edilib, lakin sonradan Kremlin rəsmi saytından yoxa çıxıb.

Buna səbəb Putinin həmin görüşdə xoşagəlməz vəziyyətə düşməsidir. Belə ki, Putin zaldakı hərbçiləri onun ardınca üç dəfə "Ura" qışqırmağa çağırıb. Lakin özü bunu etməkdə çətinlik çəkib və nəticədə eybəcər bir mənzərə alınıb. Görünür, hətta Kremldə də bu “Ura”-nın çox inamsız və uğursuz alındığını görüb, videonu silməyə qərar veriblər...

Qeyd edək ki, bu məqama Ukrayna Prezidenti Volodimir Zelenski də reaksiya verib: "Putin artıq "Ura" sözünü belə düzgün tələffüz edə bilmir - mızıldanır - amma yenə də raketləri ilə yaşayış binalarını vurur”.