Mənim məlumatına görə, İlham Əliyevin reytinqi… - Kolerov
14-12-2024 16:28
Baxış sayı:
1588
Şəxsən mənim aldığım məlumatlar Qarabağ müharibəsindən sonra İlham Əliyevin reytinqinin maksimuma yüksəldiyini göstərir. Bu mənada onu heç nə təhdid etmir.
Bu sözləri rusiyalı politoloq Modest Kolerov erməni mediasına açıqlamasında deyib.
“Qərbdən kimlərsə Əliyevi devirmək qərarına gəlsə, bunu edə bilməz. Qarabağ müharibəsindən sonra Əliyev xalqın 99 faiz dəstəyinə malikdir”, - o bildirib.