MƏDƏT QULİYEV NAZİR VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Yeni müdafiə sənayesi naziri təyin olundu
18-11-2023 10:12
Baxış sayı:
2360

Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad edilib.
Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib.
Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunub.