“MƏN ANADAN OLANDA 5 YAŞIM VARDI...” – Seyran Səxavət: “Özümü ədəbiyyat qazisi hesab edirəm...”
“Azərbaycan dili reanimasiya vəziyyətindədir...”
“Cümlə qurmaq dövlət qurmaq qədər çətindir...”
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, sevilən yazıçı, şair, nasir Seyran Səxavət “Qafqaz Media” internet telekanalının aparıcısı, tanınmış jurnalist Həzi Həsənlinin suallarını cavablandırıb. Həmin vide-müsahibəni və içərisindən çıxarılan bəzi sitatları dəyərli oxucularımıza təqdim edirik:
- “Kalendar yaşım 77 olsa da, ruhumun yaşı 40-45-dir...”
- “Poeziya şəhər uşağıdır, nəsr kənd uşağı...”
- “İstənilən kəndçi çevrilib şəhərli ola bilər, amma heç bir şəhərli min il keçsə də kəndçi ola bilməz... Kəndçi olmaq böyük bir ixtisasdır, böyük fakültədir, universitetdir, akademiyadır...”
- “O vaxt sevgi doğrudan vardı, indi sevgi “buxalteriyadır”...”
- “Şəhidlər bu gün də mənim dostumdur...”
- “Hər şeyin materialı sözdür...”
- “Azərbaycan televiziya məkanı dilimizi korlayın anasını ağladıb”
- “Öz dilini qorumayan başqasının dilində danışmalı olacaq”
- “Aparıcıların, jurnalistlərin 99 faizi, elə bil, dilnən mazaxlaşırlar”
- “Kitabı hörmətsiz olan xalqın, dövlətin özü heç vaxt hörmətli ola bilməz”
- “Mənim üçün ədəbi tənqid ədəbiyyatın bic doğulan övladıdır”
- “Ya muğam Quranın ərəb dilinə tərcüməsidir, ya da Quran musiqinin səmavi dilinə tərcüməsidir”
- “Dil Allahdan başqa hər şeydir...”
- “İnsanın içində xəbislik varsa, onun istedadını yeyir”
Qafqaz.media