​“UKRAYNAYA EŞQ OLSUN!” DEYƏN TƏQAÜDÇÜ SAXLANILDI - Rusiyada müharibə xofu / VİDEO

Baxış sayı:
15199

Rusiyanın Arxangelsk şəhərində 60 yaşlı rus təqaüdçü “Ukraynaya eşq olsun!” şüarına görə mühakimə olunacaq.
Qafqaz.media xəbər verir ki, bu haqda video sosial şəbəkələrdə yayılıb.
Həmin şəxs “Rusiya silahlı qüvvələrinin hərəkətini gözdən salmağa yönəlmiş ictimai hərəkətləri” törətməkdə şübhəli bilinir.
Kadrlardan da göründüyü kimi, təqaüdçü “Ukraynaya eşq olsun!” ifadəsini səsləndirir, bundan sonra polis ona yaxınlaşır və onu guya millətçi şüarlara görə saxlayır.