“Bu gün Rusiyanın Qafqaz xalqlarının genefondunu məhvetmə siyasəti daha eybəcər formada gedir” - KƏRƏM MƏMMƏDLİ

Baxış sayı:
3925

“Bu gün Rusiyanın Qafqaz xalqlarının genefondunu məhvetmə siyasəti daha eybəcər formada gedir”

Bakı Dövlət Universitetinin (BDU) Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədli “Qafqaz Media” internet telekanalının aparıcısı Kamran Güllərin suallarını cavablandırıb. Tarixçi alim Rusiyanın Qafqaz xalqlarına, xüsusən türklərə qarşı apardığı soyqırım siyasəti ilə bağlı dəhşətli faktları açıqlayıb. Muxalifet.az müsahibəni və müsahibədən bəzi sitatları dəyərli oxucularına təqdim edir:

- “Bu gün Rusiyanın Qafqaz xalqlarının genefondunu məhvetmə siyasəti daha eybəcər formada gedir”

- “Rusiya tərəfindən Qaraçay əhalisinin genefondunun 30 faizi məhv edildi”

- “Rusiya Qafqaz türklərinə qarşı soyqırımın ən eybəcər formasını həyata keçirib”

- “Bu gün Qafqaz çoğrafi məkandan çox, siyasi məkan xarakteri daşımağa başlayıb...”

- “Qafqazın sanki Rusiya tarixinə bağlı olduğu haqda mifik təfəkkür formalaşdırılıb”

- “Bu gün Azərbaycan şagirdi bilmir ki, onun babaları 1654-67 ci illərdə - 13 il Çar Rusiyası ilə müharibə aparıb və qalib gəlib...”

- “Qafqaz hansı dövrdə hansı dövlətin nəzarətində olubsa, həmin ərazidə o dövlətin dili üstünlük təşkil edib”

- “Mən bunu şişirtmədən deyə bilərəm ki, tarixən Qafqazda türklər hökmran olub”

- “Qafqazın şimalı da, cənubu da çox vaxt türk dövlətlərinin nəzarətində olub”

- “Qafqazda siyasi məfkurə elmi məfkurədən yuxarıda durduğundan, burada obyektiv araşdırma aparmaq mümkün deyil”

- “Orta əsrlərin barbarlıq dövründə Rusiyanın Qafqazda etdiyi qədər vəhşilik edilməyib...”

- “Rusiya Qafqaz türklərinə qarşı “yandırılmış torpaq” taktikası həyata keçirib, kəndbəkənd yandıra-yandıra...”

- “Bu gün Türkiyəni, Osmanlını soyqırımda ittiham edən Rusiya niyə ubıxları yer üzündən sildiyini, milyona yaxın noqayın məhv edildiyini dilə gətirmir?!”

- “Qafqaz xalqlarını Osmanlıya göndərmək adı ilə gəmiləri doldurur, yolda həmin gəmiləri dinamitlə partladırdılar...”

- “Mart soyıqırımında Azərbaycana yardıma gəlmiş Avar xalqının qəhrəman oğlu İmam (Nəcməddin) Qotsinskini biz tanımırıq...”

 “Bu gün guya abxazları çox sevən ruslar Çar Rusiyasının işğalı dövründə niyə bu əhalinin 70 fazini məhv etdi? Bu soyqırım deyildi?”

- “Guya acarları sevən Rusiya 3 gün ərzində 120 min nəfər acardan 80 min nəfərini məhv edəndə nə fikirləşirdi?”

- “Rusiyanı Qafqazdan çıxara biləcək yeganə qüvvə türklərdir”

- “Qafqazı bir çatı altında birləşdirəcək yeganə qüvvə də türklərdir”

- “Son vaxtlar haqlı olaraq Türkiyədə belə bir fikir formalaşıb ki, Qafqaz xalqlarının hamısı türkdür...”