Ahıska türkləri Şuşanı ziyarət etdi - FOTOLAR

Baxış sayı:
25858

Azərbaycanda səfərdə olan Dünya Ahıska Türkləri Birliyinin (DATÜB) sədri Ziyəddin Kassanovun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərini ziyarət edib.
Qafqaz.media xəbər verir ki, qonaqlar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın vəziyyəti ilə ətraflı tanış olublar.
DATÜB nümayəndə heyəti işğal dövründə dağıntılara məruz qalmış Şuşanın küçələrini gəzib, şəhərin hazırkı durumunu müşahidə ediblər.
Dağıdılmış tarixi binalar və abidələri öz gözləri ilə görən qonaqlar işğalın dəhşətli üzünü daha aydın şəkildə duyduqlarını bildiriblər.
Səfər çərçivəsində Vaqifin məqbərəsi, Aşağı Gövhər ağa məscidi, Şuşa qalası da ziyarət olunub. Ahıska Türklərindən ibarət nümayəndə heyəti Cıdır düzünə də baş çəkib, məsciddə namaz qılınıb, dualar oxunub.
DATÜB nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Qafqaz.media