AZƏRBAYCANDA ÇÖRƏYİN QİYMƏTİ BAHALAŞDIRILDI - Zavod direktorlarının qapalı toplantısı keçirilib
30-07-2021 11:36
Baxış sayı:
1279

Dünən Azərbaycanda çörək zavodu direktorlarının qapalı toplantısı keçirilib.
Özəl mənbədən Hurriyyet.az-a daxil olan məlumata görə, toplantıda ölkədə çörəyin qiymətinin qaldırılmasıyla bağlı qərar verilib.
Qeyd edilib ki, çörəyin hazırkI satış qiyməti zavodların gəlir əldə etməsinə imkan vermir. Bu baxımdan, çörəyin satış qiymətinin qaldırılması ilə bağlı yekdil fikrə gəlinib.
Redaksiyadan: Mövzu ilə bağlı daha geniş məlumat veriləcək.