Gürcüstanda xəstələrin sayı kəskin artır - 2 796 YENI YOLUXMA QEYDƏ ALINIB
29-07-2021 11:06
Baxış sayı:
699

Gürcüstanda ötən sutkada daha 2 796 nəfərə koronavirus diaqnozu qoyulub, 17 nəfər vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son 24 saat ərzində daha 2 088 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyasına 413 626 yoluxma halı təsdiqlənib. Yoluxanların 379 685-i sağalıb, 5 768-i dünyasını dəyişib.