Ermənistanda Paşinyan əleyhinə qeyri-adi aksiya - "ANTİNİKOL"
10-06-2021 09:51
Baxış sayı:
865

Ermənistanın müxalif “Adekvat” hərəkatının fəalları ötən gün paytaxt Yerevanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan əleyhinə qeyri-adi aksiya keçiriblər.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hərəkatın fəalları Hökumət binasının qarşısında yerə "Antinikol" sözlərinin yazıldığı plakatlar yapışdırıblar.
"Əvvəlki aksiyanı Vətəndaş Razılaşması Partiyasının (Nikol Paşinyanın rəhbəri olduğu siyasi təşkilat – red.) qərargahı qarşısında keçirdik. Bundan sonra vətəndaşlar bizə müraciət edərək, "antinikol" sözlərinin yazıldığı plakatları verdilər", - aksiyanın fəallarından biri bildirib.
Polis aksiya iştirakçılarının plakatlarını cırıb.