BAŞ PROKURORLUQDAN XÜSUSİ ƏMƏLİYYAT - Bakı Baş Gömrük İdarəsinin əməkdaşları həbs olundu
17-05-2021 19:48
Baxış sayı:
1193

Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib.
Belə ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İdarənin bir neçə əməkdaşı saxlanılıb.
Əməliyyat zamanı İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.