Vüqar Səfərli ev dustaqlığına buraxılmasını istəyir
23-01-2021 13:21
Baxış sayı:
953

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri olmuş Vüqar Səfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.
Məlumata görə, şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib və hakim Ramin Qaraqurbanlının icraatına verilib.
Məhkəmə iclası yanvarın 25-nə təyin edilib.
Xatırladaq ki, Vüqar Səfərli Bakının Səbail rayonunda jurnalistlər üçün ev tikintisinə ayrılan vəsaiti və yerli medianın inkişafı üçün nəzərdə tutulan külli miqdarda pulu mənimsəməkdə ittiham olunur.