"Ermənistanı dayandırmaq lazımdır” - PREZİDENTİN KÖMƏKÇİSİ
11-10-2020 10:46
Baxış sayı:
2838

"Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir".
Muxalifet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında yazıb.
O bildirib ki, Ermənistanın cəzasız qalması onu daha çox müharibə cinayətlərinə sövq edir: “Humanitar atəşkəsi pozan Ermənistan Gəncənin sıx məskunlaşdığı yaşayış hissəsini nizamsız atəşə tutdu. Ermənistanı dayandırmaq lazımdır”.