Ermənistan ərazisindən Daşkəsən rayonu atəşə tutulur - RƏSMİ
29-09-2020 08:45
Baxış sayı:
2147

"Ermənistan növbəti provokasiyaya əl atıb".
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonunun ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur: “Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirləri görüləcək”./apa