Livandan Ermənistana 100-dən çox erməni gətirildi
12-08-2020 12:24
Baxış sayı:
1657

Livandan Ermənistana 100-dən çox erməni mənşəli şəxs gətirilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Livana humanitar yardım aparan təyyarələrlə Ermənistana 100-dən çox erməni gəlib.
N.Paşinyan qeyd edib ki, iki təyyarə daha öncə, üçüncüsü isə bir neçə saat əvvəl hava limanına enib.