Azərbaycan-Türkiyə birgə təlimlərinə xüsusi təyinatlılar da cəlb edildi - FOTO, VİDEO
9-08-2020 13:00
Baxış sayı:
2220

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin birinci mərhələsinə xüsusi təyinatlı bölmələr də cəlb edilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin bu mərhələsində xüsusi təyinatlılar helikopterlərlə müəyyən edilmiş ərazilərə çatdırılma, müxtəlif relyefli ərazilərdən gizli keçməklə vacib strateji və hərbi obyektlərə basqın etmə, həmçinin əlverişli mövqelərin tutulması üzrə təlim-döyüş fəaliyyətlərini məşq ediblər.