Yasamalda göl ətrafında otel tikdirmək istəyən sabiq deputat imiş
29-07-2020 07:50
Baxış sayı:
4708

Bakının Yasamal rayonunda "Üç Tac" yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafında otel inşa etdirmək istəyən şəxsin kimliyi bəlli olub.
Muxalifet.az Unikal.org-a istinadən xəbər verir ki, həmin ərazi sabiq deputat Hacı Salayevin mülkiyyətindədir. H. Salayev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevin qardaşıdır.
Qeyd edək ki, sabiq deputat böyük biznes imperiyasına malikdir.